İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail müdafiə naziri: "İranın Suriyada möhkəmlənməsinə imkan verməyəcəyik"

İsrail İranın Suriyada hərbi cəhətdən möhkəmlənməsinə imkan verməyəcək.

APA xəbər verir ki, bu sözləri İsrail müdafiə naziri Yoav Qalant Afinada yunan həmkarı Nikos Panaqiotopulos ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, ölkəsi Tehrana Livana müasir silahların tədarükü üçün marşrutlar yaratmağa icazə verməyəcək: “Suriya rejimi bilməlidir ki, İsrail Müdafiə Qüvvələri onun ərazisindən edilən istənilən hücuma güclə cavab verəcək”.

Müdafiə naziri qeyd edib ki, son aylarda İsrail həm Qəzza zolağından, həm də Livan, Suriya və İordan çayının qərb sahilindən çoxlu təhlükəsizlik təhdidləri ilə üzləşib: "Bu təhlükələrin hamısının bir ümumi sponsoru var - İran. İran Yaxın Şərqdə və bütün dünyada terror qruplaşmalarını dəstəkləyir, maliyyələşdirir, təlimləndirir və təchiz edir".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR