Onlayn ictimai-siyasi qəzet
İsrail mediasının məlumatına görə, İsrail Müdafiə Qüvvələri (İDF) rəhbərliyi 2025-ci ilin ortalarına qədər İrana qarşı hərbi zərbə endirməyə tam hazır olmaq tapşırığını verib.
Musavat.com-un topladığı məlumata əsasən, əməliyyatın başlama vaxtı “çox tez” baş verə bilər, lakin tarix məxfi saxlanılır, çünki sürpriz elementi bu prosesin əsas şərtidir.
İsrailin əsas narahatlıq mənbəyi İranın nüvə proqramıdır. Rəsmi Təl-Əviv hesab edir ki, Tehran nüvə silahı əldə etməyə yaxınlaşır və bu, İsrailin milli təhlükəsizliyi üçün “qırmızı xətt”dir. Buna görə də, İsrail hökuməti son aylarda həm diplomatik səviyyədə, həm də hərbi baxımdan aktivləşib.
Bildirilib ki, İDF komandanlığı artıq müxtəlif ssenarilər üzrə hazırlıq planlarını tamamlayıb, hava qüvvələri və xüsusi bölmələr hədəflərin dəqiq müəyyənləşdirilməsi üzərində işləyir. Həmçinin regional müttəfiqlərlə koordinasiya məsələləri də gündəmdədir.
Qeyd edək ki, bu xəbər fonunda Yaxın Şərqdə vəziyyət bir qədər də gərginləşə bilər. İran tərəfi isə hələlik məsələyə rəsmi reaksiya verməyib.
Musavat.com
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ