İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur iş adamı ailəsi ilə birlikdə ÖLÜ TAPILDI

Bloomberg-in keçmiş rəhbəri 54 yaşlı Riçard Samarel, onun həyat yoldaşı 45 yaşlı Lina Mariya Samarel və 9 yaşlı qızları Samanta Samarel lüks malikanələrində ölü tapılıblar.

Musavat.com xəbər verir ki, ölənlərin qətl və ya bədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı məlumat paylaşılmayıb.

Bütün şəhəri şoka salan ölümlərlə bağlı polis hələ də açıqlama verməyib.

"New York Post"un xəbərinə görə, hadisə yerinə gedən polislər Samarel ailəsinin cansız bədənləri ilə qarşılaşıblar.

Qeyd edək ki, Riçard Samarel və həyat yoldaşı Lina Mariya Samarel 2009-cu ildə evlənib. Onların bu evlilikdən üç övladı - iki qız və bir oğlu dünyaya gəlib. Riçard Samarel 2007-ci ildə şirkətdən ayrılmadan əvvəl Bloomberg LP-də səhmlər üzrə menecer vəzifəsində çalışıb.

Musavat.com

Wealthy South Carolina family found dead in Greer home | Fox News

Eski Bloomberg yöneticisi ve ailesi malikanelerinde ölü bulundu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR