İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya: miqrant uşaqları üçün məcburi rus dili imtahanı tətbiq edilib

Bu gündən Rusiyada müvafiq qanun qüvvəyə minib: miqrantların övladları məktəblərə daxil olmazdan əvvəl rus dili üzrə imtahandan keçməlidirlər.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, yenilik bütün yaş qruplarını əhatə edir - test tələbləri uşağın daxil olduğu sinifdən asılı olaraq dəyişir.

Beləliklə, birinci sinif şagirdləri şifahi müsahibədən keçməli olacaqlar və bunun üçün 10 bal toplaya bilərlər. Orta məktəb şagirdləri həm şifahi, həm də yazılı imtahandan keçəcək və maksimum 24 bal toplayacaqlar. Müvəffəq olmaq üçün ən azı 3 xal toplanılmalıdır. İmtahan prosesi videoya çəkiləcək.

Təhsil Nazirliyinin nümayəndələrinin sözlərinə görə, tədbirlər şagirdlər arasında bərabər bilik səviyyəsinin təmin edilməsinə və ümumi təhsilin keyfiyyətinin aşağı salınmamasına yönəlib. Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin əvvəllər dediyi kimi, əcnəbi uşaqların dili bilməməsi dərslərdə tədris prosesinə mane ola bilər.

Bu təşəbbüs bir sıra hüquq müdafiəçilərinin tənqidinə səbəb olub. Prezident yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev qeyd edib ki, ilk növbədə belə məktəblilərin adaptasiyası üçün şərait yaratmaq lazımdır - məsələn, xüsusi dil kursları tətbiq etmək lazımdır.

Bundan əlavə, o, rus məktəblilərinin özlərinin rus dilini bilmə səviyyəsinin qiymətləndirilməsindən başlamağı təklif edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR