İnsanlara hürriyət, millətlərə istiqlal!

Mağazada DƏHŞƏT: müdiri və işçini vəhşicəsinə döydülər - ANBAAN VİDEO

Ötən gecə Türkiyənin Sakarya vilayətində yerləşən içki mağazasında dəhşətli hadisə baş verib.

Musavat.com xəbər verir ki, bir qrup gəncin öz aralarındakı mübahisəsi qısa zamanda böyüyərək faciəyə çevrilib.

Hadisə zamanı mağazada işləyən təqaüdçü polis məmuru M.D. və mağaza sahibi S.K. vəhşicəsinə döyülüb.

Hadisənin təhlükəsizlik kameralarına düşən görüntülərinə əsasən, mübahisəni ayırmağa çalışan M.D. gənclərin hədəfinə çevrilib. O, silahla havaya atəş açaraq qaçmağa cəhd etsə də, qəzəbli qrup tərəfindən tutularaq döyülüb. Gənclər mağazanın içərisində və çöldə M.D. və S.K.-ya hücum edərək onlara ağır xəsarətlər yetirib.

Hadisə yerinə çoxlu polis və təcili yardım çağırılıb. Polis bibər qazından istifadə edərək qruplaşmanı dağıtmağa nail olub. Hadisə ilə bağlı 15 nəfər saxlanılıb və araşdırma aparılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR