Onlayn ictimai-siyasi qəzet
Rusiya ordusunun genişmiqyaslı əks-hücum əməliyyatı keçirəcəyi ilə bağlı şayiələr Xarkovda küçələrin boşalmasına səbəb olub.
“Hələlik hər şey sakitdir, amma küçələrdə adam yoxdur. İnsanlar Xarkovu tərk edirlər”, – deyə yayılan məlumatlarda bildirilib.
Rusiya Sumı, Xarkov və Ukraynanın cənubunda irimiqyaslı hücuma hazırlaşır. Ukrayna ordusunun ehtiyatda olan mayoru, hərbi ekspert Aleksey Getman deyib.
“Ruslar qüvvələrini cəmləşdirirlər və hazırlayırlar. Amma onların bu hücum əməliyyatlarını həyata keçirmək üçün cəlb edə biləcəkləri əlavə ehtiyatları yoxdur.
Eyni qoşunlardan istifadə olunacaq, hazırda həmin 600 minlik qüvvə cəbhədədir. Rusların arxada əlavə 100-200 minlik qüvvəsi yoxdur ki, bu qruplaşmaları istiqamətləndirə və gücləndirə bilsinlər”, - mayor qeyd edib.
Getman əlavə edib ki, Rusiya ancaq cəbhənin digər bölmələrindən qoşun gətirməklə müəyyən istiqamətləri kəmiyyətcə gücləndirə bilər:
“Ona görə də rusların bütün cəbhə xətti boyunca hücum edə biləcəkləri ilə bağlı bütün bəyanatları şübhə doğurur. Çünki kəmiyyətcə qüvvələri artmayıb. Digər yandan, eşidirik ki, bu yaz Rusiyada hərbi xidmətə ən kütləvi çağırış olacaq”.
Rusiya ordusu Donetsk vilayətinin Razliv yaşayış məntəqəsini ələ keçirib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Rusiya hava hücumundan müdafiə sistemləri isə bir gündə 67 Ukrayna pilotsuz təyyarəsini məhv edib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi analitik Mehman İsmayılovla Ukrayna böhranını müzakirə edir.
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ