Onlayn ictimai-siyasi qəzet
İsrail may ayının əvvəlində ABŞ prezidenti Donald Trampın administrasiyasına rəsmi şəkildə bildirib ki, İranın nüvə obyektlərinə qarşı hərbi hücum planı hazırlanır. Bu barədə məlumatı "The New York Times" yayıb.
Musavat.com xəbər verir ki, nəşrin yazdığına görə, İsrailin Baş naziri Benyamin Netanyahu, Vaşinqtonla Tehran arasında mümkün razılaşma olsa belə, İrana qarşı zərbə endirmək əmri verə bilər.
Mənbələr qeyd edir ki, İsrailin bu qərarı bölgədəki gərginliyi daha da artırmaq potensialına malikdir və yaxın günlərdə hadisələrin inkişafı beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənəcək.
Musavat.com
29 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ