İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail hökumətinin sözçüsü: "İrandan gələcək reaksiyaya qarşı yüksək hazırlıq vəziyyətindəyik"

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İranın qisas bəyanatına İsraildən reaksiya gəlib.

Bu barədə Oxu.Az "Doğruhaber.com"a istinadən bildirir.

Məlumata görə, İsrail hökumətinin sözçüsü bununla bağlı hazırlıq vəziyyətində olduqlarını deyib.

"İrandan gələcək reaksiyaya qarşı yüksək hazırlıq vəziyyətindəyik. Biz atəşkəslə bağlı danışıqlara sadiqik və girov müqaviləsinin uğurlu olmasını istəyirik", - deyə o qeyd edib.

Xatırladaq ki, daha əvvəl İranın BMT-dəki nümayəndəliyi belə bir bəyanatla çıxış edib: "İran Haniyənin öldürülməsinə peşmançılıq doğuracaq xüsusi əməliyyatlarla cavab verəcək".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR