İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail hərbçiləri HƏMAS komandanının müavinini yaxalayıb

İsrail Müdafiə Qüvvələri Qəzzada HƏMAS-ın Hərbi Dəniz Qüvvələrinin Cənub Diviziyası komandanının müavini Məhəmməd Əbu Qalini saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “The Times of Israel” İsrail ordusunun bəyanatına istinadən məlumat yayıb.

Onun Hərbi Dəniz Qüvvələrinin “Şayet 13” bölməsi tərəfindən saxlanıldığı qeyd edilir. Hələlik hadisənin təfərrüatları açıqlanmır.

"Şübhəli şəxs həbsdədir və hazırda Müdafiə Nazirliyinin nümayəndələri tərəfindən dindirilir", - məlumatda deyilir.

Bundan əlavə, hərbçilər Qəzza zolağından İsrailə daxil olan fələstinli terrorçunun vurulması, həmçinin Hərbi Dəniz Qüvvələrinin raket gəmisi tərəfindən üç raket buraxılış qurğusunun məhv edilməsi barədə məlumat yayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR