İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail FƏLAKƏT siqnalları verir: Fələstinli məhbusların azadlığı təxirə salındı — HƏMAS ittiham olunur

İsrail hökuməti 22 fevral tarixində planlaşdırılan 602 fələstinli məhbusun azad edilməsini qeyri-müəyyən müddətə təxirə salıb.

Musavat.com xəbər verir ki, bu barədə baş nazir Binyamin Netanyahunun ofisi məlumat yayıb.

Rəsmi açıqlamaya görə, qərar HƏMAS-ın Qəzzada girovlarla bağlı həyata keçirdiyi "alçaldıcı mərasimlər" səbəbilə verilib.

"HƏMAS-ın təkrar-təkrar etdiyi qayda pozuntuları, girovlarımızı alçaldan mərasimlər və onların təbliğat məqsədilə istifadə edilməsi səbəbindən, terrorçuların azad edilməsini yalnız növbəti girovların azadlığı təmin edildikdən və bu cür alçaldıcı hallar başa çatdıqdan sonra həyata keçirəcəyik", — deyə İsrail hökumətinin bəyanatında bildirilib.

Bu qərar bölgədə gərginliyi daha da artırıb və beynəlxalq ictimaiyyətin diqqətini yenidən İsrail-Fələstin münaqişəsinə yönəldib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR