İnsanlara hürriyət, millətlərə istiqlal!

Luvrdan bir neçə saat sonra Fransada daha bir muzey oğurlandı

Fransada Luvrdakı səs-küylü oğurluqdan cəmi bir neçə saat sonra daha bir muzeydə oğurluq hadisəsi baş verib.

Musavat.com xəbər verir ki, naməlum şəxslər “Denis Didro Maarifçilik Evi” muzeyindən XVIII–XIX əsrlərə aid qızıl və gümüş sikkələr kolleksiyasını oğurlayıblar.

Hadisə ilə bağlı polis istintaqa başlayıb, lakin hazırda cinayətkarların şəxsiyyəti və oğurlanan eksponatların ümumi dəyəri barədə məlumat verilmir.

Fransız mətbuatı qeyd edir ki, iki muzeyin eyni gün ərzində qarət edilməsi ölkə ictimaiyyətində böyük rezonans doğurub və mədəni irs obyektlərinin təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR