İnsanlara hürriyət, millətlərə istiqlal!

Vilnüs hava limanında fövqəladə vəziyyət: Litva sərhədlərini BAĞLADI

Litvanın paytaxtındakı Vilnüs beynəlxalq hava limanında uçuşlar müvəqqəti olaraq dayandırılıb. Səbəb isə Belarus tərəfindən ölkə hava məkanına daxil olan onlarla hava şarı olub.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Litva Milli Böhranların İdarəedilməsi Mərkəzinin (NCMC) məlumatına görə, bu şarlar siqaret qaçaqmalçılığı məqsədilə istifadə olunan meteozondlar olub.

“Belarusdan qaçaqmalçılıq yolu ilə siqaret gətirmək üçün hava şarlarından istifadə edildiyi üçün bütün hava əməliyyatları dayandırılıb”, – deyə mərkəzin bəyanatında bildirilir.

Vilnüs hava limanının operatoru agentliyə bildirib ki, gecə ərzində səkkiz reys, o cümlədən Litvanın Kaunas hava limanına və Varşavaya yönləndirilib. Bundan sonra Litva hökuməti Belarusla sərhəd keçid məntəqələrini müvəqqəti bağlayıb.

“Aeroportun fəaliyyəti bərpa olunduqdan sonra qərar yenidən nəzərdən keçiriləcək”, – deyə NCMC nümayəndələri əlavə ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR