Onlayn ictimai-siyasi qəzet
Ağdaşda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Əmirarx kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mersedes” markalı minik maşını yolu keçən iki nəfəri vurub.
Hər ikisi qadın olan piyadalar aldıqları xəsarət nəticəsində həyatın itirib.
Məlumata görə, onlar 1976-cı il təvəllüdlü Ramazanova Sədaqət və 1978-ci il təvəllüdlü Elnarə Soltanovadır.
Qeyd edək ki, qadınlar bacı olublar.
Faktla bağlı araşdırma aparılır.
08 Oktyabr 2025
07 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ