Onlayn ictimai-siyasi qəzet
Ötən gecə İsrailin bir çox şəhərində hökumətə qarşı kütləvi etiraz aksiyaları keçirilib.
Musavat.com xəbər verir ki, 150 mindən çox nümayişçi ölkənin 70-ə yaxın məntəqəsində küçələrə çıxıb.
Onlar HƏMAS-ın əsir götürdüyü insanların azad edilməsi üçün razılığın əldə olunmasını, baş nazir Netanyahunun istefasını və seçkiləri tələb ediblər.
Qeyd edək ki, müharibə başlayandan bəri hökumət əleyhinə ən böyük nümayiş Təl-Əvivdə keçirilib.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ