Onlayn ictimai-siyasi qəzet
İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, ölkəsi ABŞ-ın vasitəçiliyi ilə Suriya hökuməti ilə danışıqlara başlamağa hazırdır.
Musavat.com xəbər verir ki, bu barədə Axios nəşri İsrail rəsmilərinə istinadən məlumat yayıb.
İddialara görə, İsrailin mövqeyindəki bu dəyişiklik Suriya prezidenti Əhməd əş-Şəraa hökumətinin Türkiyə ilə gözlənildiyi qədər yaxın əlaqələrinin olmaması ilə bağlıdır.
“Bizim üçün daha məqbuldur ki, Suriya hökuməti ABŞ-a və Səudiyyə Ərəbistanına yaxın olsun”, – deyə İsrail tərəfinin nümayəndələrindən biri bildirib.
Başqa bir mənbənin Axios-a verdiyi məlumata əsasən, İsrail 1974-cü ildə Suriya ilə imzalanmış razılaşmaların yenilənməsi ilə danışıqlara başlamağı planlaşdırır. Nəşr qeyd edir ki, İsrailin əsas məqsədi Dəməşqlə sülh sazişi imzalamaqdır.
Xatırladaq ki, daha əvvəl ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak İsrail tərəfinə Dəməşqin danışıqlara açıq olduğu barədə mesaj ötürmüşdü.
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ