İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniyadan Ukraynaya daha bir DƏSTƏK

İspaniya Ukraynaya hava hücumundan müdafiə sistemi, sursat və zirehli texnika göndərib.

Musavat.com xəbər verir ki, bu barədə İspaniyanın "El Pais" qəzeti məlumat yayıb.

Müdafiə Nazirliyi informasiyanı təsdiqləyib.

Hərbi yardım paketinə təxminən 2,5 milyon avro dəyərində olan 20-yə yaxın zirehli maşın, 75 palet səhra artilleriya sursatları və tam hava hücumundan müdafiə batareyası, həmçinin 1000 ton dizel daxildir. Artıq həm zirehli texnika, həm də sursat Ukrayna hərbçilərinin sərəncamındadır.

Silahdan əlavə, təcili sifarişlə qış üçün 30 000 hərbi geyim, 15 600 gödəkçə, 15 000 kostyum və bir neçə min ədəd əlavə geyim yükü hazırlanıb. Çatdırılma sentyabr ayına nəzərdə tutulub.

Ukraynanın İspaniyadakı səfiri Sergey Poqoreltsev rəsmi Kiyevin ən çox 155 mm-lik haubitsa və 122 mm-lik minaatanların tədarükündə maraqlı olduğunu və bu barədə artıq İspaniya hökuməti ilə danışıqlar apardığını söyləyib.

"Proses asan deyil, amma biz işləyirik və çox minnətdarıq", - deyə o bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR