İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniyada təyyarə bələdçilərinin tətilinə görə 54 reys ləğv edilib

İspaniyanın loukost aviaşirkəti “Vueling” təyyarə bələdçilərinin tətili səbəbindən çərşənbə axşamına planlaşdırılan 54 reysi ləğv edib.

AZƏRTAC xəbər verir ki, tətillərin təşkilatçısı olan “Stavla” həmkarlar ittifaqı bu il “Vueling” təyyarə bələdçilərinin maaşının 13,4 faiz artırılmasını tələb edir. Aviaşirkət rəhbərliyi bu tələbi qeyri-real hesab edir. Hesablamalara görə, tətil 3,2 milyon sərnişinin planlarını poza bilər.

“Vueling”in məlumatına görə, reysləri ləğv edilmiş sərnişinlər əvvəlcədən xəbərdar edilib və onlara müxtəlif alternativlər təqdim edilib.

Aviaşirkətin təyyarə bələdçilərinin gələn il yanvarın 31-dək bazar ertəsi, cümə və bazar günləri tətil keçirəcəklər. Belə ki, tətillər Milad bayramına təsadüf edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR