İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniya Venesueladan bəzi sanksiyaların götürülməsini istəyir

İspaniyanın xarici işlər naziri vəzifəsini icra edən Xose Manuel Albares Venesuelaya qarşı sanksiyalara yenidən baxılması təklifi ilə çıxış edib.

“Report” xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

“Həmkarlarım qarşısında çıxış etdim və ABŞ-nin bununla bağlı son qərarlarına uyğun olaraq, həmçinin venesuelalılar arasında dialoqun müsbət təkamülü nəzərə alınmaqla, Aİ-nin Venesuelaya qarşı sanksiyalarına yenidən baxılmasını təklif etdim”, - Albares bildirib.

Krallığın xarici işlər naziri vurğulayıb ki, onun həmkarı, Aİ diplomatiyasının rəhbəri Jozep Borrel sorğu ilə razılaşıb və məsələni Avropa İttifaqının xarici işlər nazirlərinin növbəti iclasında baxılmaq üçün təqdim etməyi planlaşdırır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR