Onlayn ictimai-siyasi qəzet
İsmayıllı sakini ölümlə hədələnib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə İsmayıllı şəhərində qeydə alınıb.
Şəhər sakini 54 yaşlı Aqil Səlimov polisə ərizə ilə müraciət edərək Qəbələ rayonundan olan ər-arvad Rəqsanə və Elməddinin onu ölümlə təhdid etdiyini bildirib.
Şikayətçi qeyd edib ki, həmin şəxslər onu ölümlə hədələyərək külli miqdarda pul tələb ediblər.
Daxil olan şikayət əsasında İsmayıllı polisində araşdırmalara başlanılıb.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ