Onlayn ictimai-siyasi qəzet
HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bu gün Qətərin paytaxtı Dohanın şimalında dəfn edilib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı “Azad İran” telegram kanalı yayıb.
Qeyd olunub ki, İsmayıl Haniyə Lusail şəhər qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Qətər kral ailəsinin üzvləri və Haniyənin öz ailə üzvləri, rəsmilər, o cümlədən İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref və Türkiyənin xarici işlər naziri Hakan Fidan iştirak ediblər.
Xatırladaq ki, HƏMAS lideri iyulun 31-də Tehranda İran prezidentinin andiçmə mərasimindən sonra öldürülüb.
@@TVmusavat/92101@@
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ