İnsanlara hürriyət, millətlərə istiqlal!

İslam düşməni yenə QURAN YANDIRDI: "İslama hörmət etmirəm!" - YENİ VİDEO

Danimarkalı siyasətçi, ifrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludan bu dəfə Danimarkada polisin mühafizəsi altında Quran yandırıb.

Musavat.com xəbər verir ki, o qalmaqallı əməlini Kopenhagen şəhərində həyata keçirib.

5 gün əvvəl sosial media hesabından Quranı yandıracağını açıqlayan Rasmus Paludan dediyini edib. Danimarkanın paytaxtı Kopenhagendə Türkiyə səfirliyi qarşısında Quran yandıran Paludan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın timsalında İslamı və bütün müsəlmanları hədəf alıb.

Paludan deyib: "İslamı və Ərdoğanı bütün dünyaya göstərməyimiz çox önəmlidir. İslama hörmət etmirik. İslama xor baxırıq..."

İsveç mətbuatında yer alan xəbərə görə, o, Ramazan ayının ilk günündə İngiltərədə də Quran yandıracağını bildirib.

Xatırladaq ki, yanvar ayında İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları paytaxt Stokholmda bələdiyyə binası qarşısında Türkiyə prezidenti Tayyib Ərdoğana bənzədilmiş manekeni ayaqlarından asıblar. Görüntülər Türkiyədə və dünyada böyük reaksiyalara səbəb olub. Bundan sonra isə İsveç polisi Türkiyə səfirliyi qarşısında "Quran"ın yandırılacağı aksiyaya icazə verib və Rasmus Paludan müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimi yandırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR