İnsanlara hürriyət, millətlərə istiqlal!

İŞİD lideri öldürüldü

Suriyada dəqiq zərbə zamanı İŞİD liderini öldürüb. 

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. 

Məlumatda qeyd edilir: "Dekabrın 19-da ABŞ Mərkəzi Komandanlığı qüvvələri Suriyanın Deyr əz-Zəvr əyalətində İŞİD lideri Əbu Yusif Mahmuda qarşı dəqiq hava zərbəsi endirib, nəticədə Əbu Yusif də daxil olmaqla iki İŞİD üzvü öldürülüb".

"ABŞ Mərkəzi Komandanlığının bölgədəki tərəfdaşları ilə birlikdə bu hava hücumu terrorçuların ABŞ və müttəfiqlərinə qarşı hücumları planlaşdırmaq, təşkil etmək və həyata keçirmək səylərini pozmaq üzrə davam edən öhdəliyinin bir hissəsidir. Bu zərbə əvvəllər Suriya rejimi və rusların nəzarətində olan bölgədə həyata keçirilib", - ABŞ Mərkəzi Komandanlığının açıqlamasında qeyd olunur. 

“Daha əvvəl də qeyd edildiyi kimi, ABŞ regiondakı müttəfiqləri və tərəfdaşları ilə birlikdə İŞİD-in Suriyadakı mövcud vəziyyətdən istifadə etməsinə və yenidən qurulmasına imkan verməyəcək. İŞİD hazırda Suriyadakı obyektlərdə saxlanılan 8000-dən çox İŞİD-çini həbsdən çıxarmaq niyyətindədir. Biz bu liderləri və əməliyyatçıları, o cümlədən Suriyadan kənarda əməliyyatlar keçirməyə çalışanları aqressiv şəkildə hədəfə alacağıq”, - ABŞ Mərkəzi Komandanlığnın komandiri general Maykl Erik Kurilla bildirib. 

 

Musavat.com

Screenshot_2.png (75 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Dekabr 2024

20 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR