İnsanlara hürriyət, millətlərə istiqlal!

İrlandiyada yanacaqdoldurma məntəqəsindəki partlayışda ölənlərin sayı artıb

İrlandiyada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə RTE telekanalı məlumat yayıb.

Məlumata görə, ölənlər arasında bir uşaq və iki yeniyetmə var. Hadisə zamanı xəsarət alan daha səkkiz nəfər hazırda xəstəxanadadır. Partlayış nəticəsində Krislou kəndində yanacaqdoldurma məntəqəsinin binası və ona bitişik yaşayış binasının bir hissəsi uçub.

Bir neçə nəfərin dağıntılar altında qala biləcəyindən axtarış-xilasetmə işləri davam edir. Polis bildirib ki, xilasedicilər artıq dağıntılar altında sağ qalanları tapmağı gözləmirlər. Qurbanların sayı arta bilər.

Partlayışın səbəbi hələlik açıqlanmır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR