İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın Bakıya qarşı yeni hiyləsi - Rusiya tədbir görməsə...

Separatçı-quldurlar Fərrux dağına baxa-baxa qalıblar;  rusiyalı politoloq: “Ermənistan bunu etməsə, Azərbaycan 3 ildən sonra...”

Qarabağ anklavında Rusiya “sülhməramlıları”nın arxasında gizlənən separatçı quldur-terrorçular Fərrux yüksəkliklərinə baxa-baxa qalıblar. Hələ də ümidlidirlər ki, rus hərbçilərinin köməyi ilə oralara qayıdıb öz təxribatçı əməllərinə davam edə biləcəklər. Bundan ötrü az qala, hər gün üzdəniraq “təhlükəsizlik şurası”nın, “artsax ordu komandirləri”nin iclaslarını keçirir və bəyan edirlər ki, Rusiya tərəfi ilə danışıqlar aparılır ki, Azərbaycan hərbçiləri əvvəlki mövqeyə qayıtsınlar.

Belə bir şey isə əlbəttə, olmayacaq. Çünki Azərbaycan Ordusu azad elədiyi torpaqdan, kənddən heç vaxt geri çəkilmir. Ən azından 2016-cı ildəki “5 günlük” aprel müharibəsindən sonra. Bunu separatçılar qulaqlarında sırğa eləsələr yaxşı olar. Tam əksinə, sıra onların gizləndikləri yuvalara, dəlmə-deşiklərə də çatacaq. Mütləq çatacaq. Onların qurduqları “dövlətcik” də başlarına uçurulacaq. Bununla da Azərbaycan dövlətinin cismindəki “şiş” tamamən götürülmüş olacaq. 

Əgər bunu 10 noyabr kapitulyasiya aktının tələb elədiyi kimi, Rusiya “sülhməramlıları” özləri həyata keçirsə, lap yaxşı. Onda bəlkə rəsmi Bakı 2025-ci ildə onların bölgədə qalma müddətini daha bir neçə il uzatdı. Yox, demək ki, “göbəyimizi” özümüz kəsəcəyik. Sadəcə, birinci variant erməni tərəfi üçün qansız-qadasız bitə bilərdi. Seçsinlər.

Azərbaycan Mixail Delyaginə cinayət işi açdı, beynəxlalq axtarışa verdi -  Azvision.az

Hərçənd rusiyalı faşist deputat Mixail Delyaginin Azərbaycana ünvanlı srağagünkü məlum hədyanına Rusiya rəsmilərinin, eləcə də digər Duma deputatlarının reaksiyaları, M.Delyaginin dərhal bizdən üzr istəməyə vadar edilməsi göstərdi ki, Azərbaycan Rusiyadan ötrü heç də sıradan bir dövlət deyil, əksinə, qat-qat vacib və vazkeçilməz ölkədir, nəinki vassal Ermənistan. Azərbaycanın yanında isə üstəlik, müttəfiq Türkiyə var - bu dəqiqə Rusiyanı Ukrayna bataqlığından “abırlı” şəkildə çıxarmağa çalışan Türkiyə.   

Bu xüsusda gözləmək olar ki, Moskva, nəhayət, 10 noyabr sənədi və 22 fevral (2022) Moskva bəyannaməsi ilə öz üzərinə götürdüyü öhdəliklərə sadiqliyini əməldə təsdiq edəcək və on illərdir bölgədə terror və sabitsizlik qaynağı olan qanunsuz erməni dəstələrinin torpaqlarımızdan çıxmasını yaxın zamanda təmin edəcək. Yaxud bunu Ukrayna böhranı səngiyəndən və sülh prosesi geridönməz xarakter alandan sonra edəcək.

İstənilən halda, Bakı çox gözləyəsi deyil. Çünki onsuz da aradan xeyli vaxt keçib. Bu, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması və ardınca sərhədlərin delimitasiyası və demarkasiyasına başlamağı tezləşdirərdi. Ona görə ki, İrəvan bir daha Bakının iradəsinə əmin olan İrəvan “artsax mövzusu” ilə siyasi bazarlığın mənasızlığına əmin olardı. Ən başlıcası, Güney Qafqazda daimi sülh və əməkdaşlıq bərqərar olardı.

Mariya Zaxarova elə oynadı ki.. –

Yeri gəlmişkən, srağagün Rusiya XİN rəsmisi Mariya Zaxarova da bəyan elədi ki, rəsmi Moskva Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və ardınca sərhədlərin delimitasiyası və demarkasiyasına yönündə aktiv səylər göstərəcək. Görək bu səylər nədən ibarət olacaq... 

*****

“Yaranmış vəziyyətin əsas günahkarı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat çərçivəsində öz silahlı birləşmələrini Qarabağdan çıxarmayan Ermənistan rəhbərliyidir. Ermənistan nəqliyyat dəhlizlərinin qarşısının alınması, eləcə də sərhədin demarkasiyası və delimitasiyası üçün heç bir iş görmür. Zəngəzur dəhlizi Azərbaycan üçün xüsusilə vacibdir, çünki bu dəhliz ölkənin Naxçıvanla, eləcə də Türkiyə ilə əlaqəsini asanlaşdıracaq. Ermənistan isə bu nəqliyyat dəhlizinin açılması üçün heç nə etmir. Rusiya bu razılaşmaların Ermənistan tərəfindən həyata keçirilməsini təmin etməlidir”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Minval.az-a müsahibəsində Moskvadakı Siyasi Araşdırmalar İnstitutunun direktoru, tanınmış rusiyalı ictimai xadim və politoloq Sergey Markov deyib.

Onun fikrincə, Rusiya rəhbərliyinin bu xüsusda müəyyən astagəlliyi olub: “Moskva İrəvana çox təzyiq eləmədi, tələsmədi və sonra da Ukraynada hərbi əməliyyatlar başladı. Son hadisələr fonunda həm də Ermənistan rəhbərliyinə təzyiqlər azalıb”.

Markovun sözlərinə görə, hazırda Ermənistan vəziyyətdən maksimum yararlanmaq və Rusiya ilə Azərbaycanı vurmaq istəyir. “Bu, Ermənistanın əsas hədəfidir. İrəvan hər şeyi edir ki, Rusiya ilə Azərbaycan arasında, Rusiya ilə Türkiyə arasında münasibətlər korlansın. Bundan əlavə, İrəvan Rusiya sülhməramlılarından elə istifadə etmək istəyir ki, onlar Qarabağda yalnız erməni maraqlarını qorusunlar, nəinki neytral tərəf kimi qalsınlar. Bu, ermənilərin aydın və dəqiq planıdır”, - deyə politoloq qeyd edib.

Ermənistan ABŞ-ın “anti-Rusiya sammiti”ndə - Peskovun xəbərdarlığı

Rusiyalı ekspert hesab edir ki, Delyaginin televiziyadakı məlum çıxışı da eyni məcrada nəzərdən keçirilməlidir. “Yəni bu da Azərbaycanı Rusiya ilə münasibətləri pisləşdirməyə təhrik etmək cəhdidir. Bizim vəzifəmiz belə məkrli, həm anti-Rusiya, həm də anti-Azərbaycan planının qarşısını almaqdır”, - Markov bildirib və vurğulayıb ki, Rusiya indiyədək Qarabağ ərazisinin hələ də erməni silahlı birləşmələrindən tam təmizlənməməsi ilə bağlı öz günahını tam etiraf edir və bu razılaşmaların yerinə yetirilməsi üçün Ermənistana təzyiq göstərməyə çalışır.

Bundan əlavə, rusiyalı ekspert hadisələrin bundan sonrakı gedişatı ilə bağlı da proqnoz verib: “Azərbaycan strateji yüksəkliyi əlində saxlayacaq. Erməni hərbçilərinin tam olaraq Qarabağı tərk etməsini, nəqliyyat dəhlizlərinin açılmasını tələb edəcək. Əgər Ermənistan bunu etməsə, Azərbaycan 3 ildən sonra sülhməramlıların müqaviləsini uzatmayacaq. Rusiya sülhməramlıları ərazidən çıxdıqdan sonra isə Bakı hərbi yolla Qarabağ üzərində tam nəzarəti özünə qaytaracaq...”

Yəni bütün hallarda Bakı strateji hədəflərini dəyişən deyil...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR