Onlayn ictimai-siyasi qəzet
KTMT iclaslarında iştirak etmirik və yaxşı da edirik.
Musavat.com xəbər verir ki, bu sözləri noyabrın 15-də Ermənistan parlamentində jurnalistlərə açıqlamasında hakim Mülki Müqaviləsi Partiyasından olan deputat Qagik Melkonyan N.Paşinyanın KTMT iclaslarında niyə iştirak etməməsi sualına cavab verərkən deyib.
Melkonyan bildirib ki, iclaslarda iştirak etməmək Ermənistanın KTMT-dən çıxması anlamına gəlmir.
İrəvanın Moskvadan uzaqlaşma ritorikasının gücləndiyi vaxtda isə ABŞ-ın Ermənistandakı səfiri Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyası ilə birgə Azərbaycanla həmsərhəd olan Tavuş bölgəsində olub. Bu barədə Aİ-nin Monitorinq Missiyasının mətbuat xidməti məlumat yayıb.
ABŞ səfiri Kristina Kvien Tavuş vilayəti ərazisində patrul xidməti üçün Aİ-nin Monitorinq Missyasına qoşulub. Səfər Missiyanın İcevandakı ofisi tərəfindən həyata keçirilib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu professor Qabil Hüseynli ilə söhbətləşir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ