İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan Karapetyan açıqlaması - Moskva tutdu, sonra sərbəst buraxdı

Ermənistan Daxili İşlər Nazirliyinin Kriminal Polisinin Baş İdarəsindən alınan məlumata görə, dekabrın 29-da Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan Moskvanın Tverskoy rayon polis idarəsinin əməkdaşları tərəfindən aşkar edilərək nəzarətə götürülüb. Musavat.com erməni mediasına istinadən bildirir ki, daha sonra o, sərbəst buraxılıb.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyanın Ermənistan mediasına bildirib ki, Arşak Karapetyana qarşı bu il dekabrın 5-də Ermənistan Respublikasının keçmiş Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub, axtarışa verilib. Onun barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib. Karapetyana qarşı da dövlətlərarası axtarış da başlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR