İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda partlayış - ölənlər və yaralananlar var

İrəvanın Nor Areşa küçəsində baş verən partlayış nəticəsində ər və arvad, Hayk Soqomonyan və Qayane Eqoyan ölüb.

Musavat.com bildirir ki, bunu fevralın 5-də jurnalistlərlə söhbətində Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan deyib.

Məlumata görə, fevralın 5-də saat 11:36 radələrində Nor Areş küçəsi 34-də yerləşən evdə partlayış baş verib. Hadisə yerinə gələn xilasedicilər 1938-ci il təvəllüdlü qadın və 1994-cü il təvəllüdlü kişini dağıntılar altından sağ çıxarıb, hər ikisi xəstəxanaya yerləşdirilib. Qadının vəziyyəti kafi qiymətləndirilir. Gəncin vəziyyəti isə ağır kimi qiymətləndirilir.

Daha sonra isə xilasedicilər bir kişi və bir qadının cəsədini çıxarıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR