İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda HƏYƏCAN ARTIR - bu gün saat 18:00-da...

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında İrəvanda vətəndaş itaətsizliyi aksiyaları başlayıb, bir sıra küçələr bağlanıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Qarabağda baş verən son hadisələrlə əlaqədar ölkənin müxtəlif universitetlərinin tələbələri və müəllimləri tətil keçirirlər.

“Ermənistan” fraksiyasından olan deputat, Milli Komitənin üzvü İşxan Saqatelyan bildirib ki, bu gün saat 18:00-da Respublika meydanında böyük mitinq keçiriləcək.

Qeyd edək ki, İrəvanda davam edən aksiyalar zamanı polis Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryanı saxlayıb. Onun aldığı xəsarətlər səbəbilə xəstəxanaya yerləşdiriləcəyi bildirilir.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR