Onlayn ictimai-siyasi qəzet
Erməni ekspert Qarnik Davtyan sentyabrın 19-da İrəvanın Respublika meydanında etiraz aksiyası keçirib.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Davtyan bildirib ki, Nikol Paşinyanın siyasəti nəticəsində bütün Ermənistan qana bulanıb:
"Belə davam edərsə, çox qısa müddətdə hamımız 44 günlük müharibənin qurbanlarının davamına çevriləcəyik. Məqsədim erməni xalqını ayağa qalxmağa və Türkiyə-Azərbaycan tandeminin tələblərinə tabe olmamağa çağırmaqdır".
Polis Qarnik Davtyana yaxınlaşaraq onu zorla aksiyanın keçirildiyi ərazidən uzaqlaşdırıb və nəzarətə götürüb.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ