İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan ticarət mərkəzlərini bağlayıb: Sahibkarlar etiraz edir- VİDEO

Ermənistanda sahibkarlar etiraz aksiyası keçririrlər.

AzVision.az xəbər verir ki, onlar "Surmalu" ticarət mərkəzində baş vermiş partlayışdan sonra bəzi bazar və molların təhlükəsizlik tədbirlərinin zəif olması səbəbindən bağlanmasına etiraz edirlər.

"Ərazidəki bütün mağazalar açıqdır. Bircə “Petak” bağlıdır, niyə, səbəb nədir? Bütün təhlükəsizlik tədbirləri ilə bağlı tədbirlərimiz normalara uyğundur", - etirazçılardan biri jurnalistlərə açıqlamasında ticarət mərkəzinin açılmasını tələb edib. Etirazçılar həmçinin qeyd ediblər ki, ticarət mərkəzində biznesləri olan iş adamların xeyli maliyyə itkiləri yaranıb, məhsular isə yığılıb qalıbdır. Etirazçılar bizneslərini əsasən kreditlər hesabına qurduqları üçün onu necə bağlayacaqlarını da sual ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR