İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan sakinləri hökumət evinin qarşısında etiraz aksiyası keçirir

İrəvanda səhər saatlarında Nazirlər Kabineti binasının 3-cü korpusunun qarşısında etiraz aksiyası keçirilir.

Musavat.com report-a istinadən xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Məlumata görə, etiraza səbəb Ararat vadisində yeraltı su ehtiyatlarının həcminin azalması və onların keyfiyyətinin dəyişməsinin balıqçılıq təsərrüfatlarını təhdid etməsidir.

Bildirilib ki, noyabrın 22-də Ermənistan parlamenti belə təsərrüfatların yalnız iqtisadi dövriyyə sistemləri ilə işləməyə məcbur edən qanunun lehinə səs verib. Həmin sənədə əsasən, suyun yalnız 40 faizi təkrar istifadə oluna bilər. Sahibkarlar bu məsələyə etiraz ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR