İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan aciz vəziyyətdə: “Üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsələr...”

Keçmiş qondarma rejimin “təhlükəsizlik şurasının katibi” Samvel Babayan Azərbaycanın və Türkiyənin hərbi xərclərinin artırmasına diqqət çəkib. O qeyd edib ki, Ermənistanın müharibədən qaçmaq və regional proqramlardan kənarda qalmamaq üçün iki yolu var.

Naxçıvanla Azərbaycanın əlaqəsi məsələsinə toxunan Babayan razılaşma baş tutmayacağı təqdirdə Azərbaycanla yeni müharibə ehtimallarına işarə edib.

Musavat.com xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev bu barədə Metbuat.az-a açıqlama verib.

Ekspert bildirib ki, Samvel Babayanın qeyd etdiyi hərbi xərclərin artması müharibə demək deyil:

1478778.jpg (33 KB)

“Azərbaycan və Türkiyənin hərbi xərclərinin artması normal haldır. Bunu Samvel Babayan doğru olaraq qeyd edib. Hərbi xərclərin artması düşməni təxribatlardan və eskalasiya yaratmaqdan çəkindirmək məqsədilə atılan addımlardır.

Ermənistan fevral ayı ərzində həm təxribatlar törədib, həm də dəfələrlə müxtəlif istiqamətlərdən, o cümlədən Naxçıvan və Kəlbəcər istiqamətindən Azərbaycan Ordusuna qarşı atəş açıb. Bundan əvvəl isə Qafan istiqamətindən Sərhəd Qoşunlarının mövqelərinə atəş açaraq bir nəfər sərhədçimizi yaralayıb. Bu təxribatların nəticələri isə göz qabağındadır. Ermənistan tərəfi “Yekrapa” terror dəstəsindən beş nəfərini itirib və əvvəlki təxribatlar da Ermənistan üçün dəfələrlə artıq itkilərlə nəticələnib. Ona görə də yeni müharibə Ermənistan üçün, təbii ki, böyük itkilər deməkdir. Bu itkilərə həm şəxsi heyət, həm texnika, həm avadanlıq, bəlkə də ərazi itkilərini aid edə bilərik”.

Ədalət Verdiyev Babayanın Naxçıvanla bağlı dediklərinə münasibət bildirərək qeyd edib ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir:

“Ermənistan Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmadı, bunu Azərbaycan öz imkan və potensialı hesabına Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında çox qısa bir müddətdə həll etdi. Digər tərəfdən isə Ermənistan hələ də Azərbaycan ərazilərini işğal altında saxlayır. Buna görə də Samvel Babayan “Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə, müharibə ilə qarşı-qarşıya qala bilər”,- ifadəsini işlətsəydi daha doğru ola bilərdi”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR