Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentində anti-Rusiya qüvvələrinin iştirakı ilə dinləmələr keçirilib. Dinləmələrdə onların Ermənistanın Avropa İttifaqına üzvlüyü üçün ərizə verilməsi məsələsi üzrə referendumun keçirilməsi təklif olunub.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “İravunk” qəzeti yazır.
“Ermənistan parlamentinin spikeri Alen Simonyan bu təklifi maraqlı və tələbatlı adlandırıb. “Aydındır ki, referendum keçirilsə və vətəndaşların əksəriyyəti Aİ-yə üzvlüyün tərəfdarı olsa belə, Ermənistan heç vaxt orada görünməyəcək. Lakin bu yolla Ermənistan müstəqil dövlətçiliyini itirmək prosesini legitimləşdirir”, - deyə “Luys” mərkəzinin rəhbəri Hayk Ayvazyan qəzetə öz rəyini bildirib.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ