Onlayn ictimai-siyasi qəzet
Livanın "Hizbullah"la əlaqəli olan "Al-Akhbar" qəzeti yazır ki, İraqdakı İran yönümlü qruplarla ölkənin baş naziri Məhəmməd Şiya əl-Sudani arasında İsrailə qarşı hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunub.
Musavat.com xəbər verir ki, bu qərar, Fələstinin Qəzza bölgəsinə dəstək kontekstində qəbul edilib.
Qəzetin məlumatına görə, Hizbullah al-Nujaba qrupunun liderlərindən biri bildirib ki, qruplaşmalar "Suriya məsələlərinə qarışmamaq" qərarına gəlib və hazırda vəziyyəti uzaqdan izləyirlər. Onlar həmçinin, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Yaxın Şərq siyasəti ilə bağlı atacağı addımları gözləməyi planlaşdırırlar.
Bu qərar bölgədəki gərginliyin azalmasına səbəb ola bilər və regional təhlükəsizlik dinamikasında yeni dəyişikliklərə işarə edir.
23 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ