Onlayn ictimai-siyasi qəzet
"Türkiyə və ABŞ-ın Suriyadakı silahlı qruplarla oynaması gələcəkdə onlara baha başa gələcək".
Musavat.com xəbər verir ki, bu fikri İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin nümayəndəsi İbrahim Rezai səsləndirib.
"Ankaranın terrorçularla (Suriyada Əsəd rejiminə qarşı savaşan qruplar İranda belə adlandırılır - red.) əlaqəsi böyük səhvdir və bu, gələcəkdə Türkiyəyə baha başa gələcək. Təcrübə göstərir ki, terrorçulardan siyasi məqsədlər üçün istifadə edildikdə bunun xeyirdən çox zərəri olur. Belə ki, ABŞ və sionistlər (İsrail nəzərdə tutulur - red.) onlarla eyni məqsədləri paylaşanı öz tərəfdaşları hesab edirlər", - deyə o qeyd edib.
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ