Onlayn ictimai-siyasi qəzet
"Nüvə silahımız olsaydı, Tramp bombardmanlarla hədələməyə cəsarət etməzdi".
Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, İran parlamentinin rəyasət heyətinin üzvü Əhməd Naderi dünən "X "sosial şəbəkəsində belə bir bəyanat verib.
Naderi bildirib ki, "Trampın birinci prezidentlik dövründə Şimali Koreyaya qarşı davranışını və ritorikasını müşahidə etmək nüvə bombasına sahib olmağın onu təhlükəsiz etdiyini göstərir".
O, həmçinin qeyd edib ki, artıq uzun müddətdir ölkənin və inqilabın bir çox elitası və vətənpərvərləri sınaqların keçirilməsini və nüvə silahının mövcudluğunun elan edilməsini tələb edirlər.
“Əgər nüvə silahımız olsaydı, Tramp bizi bombalamaqla hədələməyə cəsarət etməzdi”, – deyə Əhməd Naderi vurğulayıb.
Musavat.com
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ