Onlayn ictimai-siyasi qəzet
Almaniya hakimiyyəti Ukraynaya dəstək üçün hər il 9 milyard avro ayırmaq niyyətindədir.
Musavat.com xəbər verir ki, məlumatı Kiyevə səfəri zamanı Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl açıqlayıb: "Biz Ukraynaya hər il doqquz milyard avro ilə dəstək verəcəyik".
Bundan əvvəl DPA agentliyi Almaniya Maliyyə Nazirliyinin məlumatlarına istinadla bildirmişdi ki, Almaniya 2022-ci ilin fevral ayının sonundan etibarən Ukraynaya dəstək üçün ümumilikdə 50,5 milyard avro xərcləyib. Bunun təqribən 25 milyard avrosu ukraynalı qaçqınların qəbulu və yerləşdirilməsinə, 17 milyard avrosu silahların tədarükünə və Ukraynaya silah və mülki yardıma, 6 milyard avro Ukrayna hərbçilərinin təliminə xərclənib, 1,9 milyard avro isə büdcə yardımına sərf olunub. Eyni zamanda, maliyyə büdcəsinin planlaşdırılmasına əsasən, Almaniya 2027-ci ilə qədər Kiyevə ikitərəfli əsasda ildə 8 milyard avrodan çox hərbi dəstək vermək niyyətindədir.
Musavat.com
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ