İnsanlara hürriyət, millətlərə istiqlal!

Venesuela narkotikdən azad ölkədir – Maduro

Venesuela narkotikdən azad ölkədir və Kolumbiyalı narkotik kartelləri ölkədəki kokainin yalnız 5 faizini onun ərazisindən qaçaqmalçılıq yolu ilə keçirməyə çalışırlar.

Musavat.com xəbər verir ki, bu iddia ilə Venesuela prezidenti Nikolas Maduro “Venezolana de Televisión” telekanalında “Maduro Plus ilə” verilişində çıxış edib: "Venesuela təmiz ölkədir, narkotik ticarəti, koka bitkiləri və kokain istehsalından azaddır". O, ölkəsinin  Kolumbiyalı narkotik kartellərinin istehsal etdiyi kokainin ümumi həcminin 5 faizini öz ərazisindən keçməklə ABŞ-a keçirmək cəhdlərinə qarşı uğurla mübarizə apardığını və bu il artıq 52 ton narkotik vasitənin müsadirə olunduğunu vurğulayıb.

Maduro iddia edir ki, Amerika bazarı üçün nəzərdə tutulan kokainin 80 faizi Sakit okean vasitəsilə çatdırıldığı halda, Vaşinqton Karib dənizində dəniz qüvvələrini yerləşdirir və “Venesuela, Latın Amerikası və Karib hövzəsini təhdid edir. Venesuela prezidenti həmçinin "Amerika cəmiyyətinin dünyada ən çox narkotik istehlakçısı olduğunu" və ABŞ-ın narkotik ticarəti ilə mübarizə səylərinin səmərəsiz olduğunu vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR