Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Lənkəran məktəblərinin məzunları, bacı-qardaş Məlahət və Əliyyiəkbər Şirinli ölkəmizin iki prestijli universitetinə imtahansız qəbul ediliblər.
Məlahət Şirinli – Tütəpeştə kənd tam orta məktəbinin məzunu, Respublika Fənn Olimpiadasının bürünc medalçısı, 2024-cü ildə FLEX (Gələcək Liderlərin Mübadiləsi) proqramı çərçivəsində ABŞ-da bir il təhsil alıb. O, buraxılış imtahanında mümkün 300 baldan 292,3 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi (ingilisdilli) ixtisasına qəbul olunub.
Əliyyiəkbər Şirinli – Xolmili kənd tam orta məktəbinin məzunu, Respublika Fənn Olimpiadasında ikiqat bürünc medalçı və Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasının bürünc medalçısıdır. O, ADA Universitetinin Kompüter elmləri (ingilisdilli) ixtisasına qəbul olunub.
Musavat.com
26 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ