İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı deputat Azərbaycanı HƏDƏLƏDİ - Ermənistana görə

"Ermənistanla sərhədi qorumaq İranın qırmızı xəttidir. Azərbaycan problemlərini diplomatiya yolu ilə həll etsin".

Musavat.com "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, bunu İran parlamentinin Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Şəhriyar Heydəri deyib.

Onun sözlərinə görə, bölgənin geosiyasətində baş verən dəyişiklik İranın qırmızı xətlərindən biridir:

"Biz keçmişdə çox yaxşı münasibətlərimiz olan qonşu Ermənistanla ümumi sərhədlərimizdə hər hansı dəyişikliyi qəbul etmirik. Hazırda Ermənistanla 47 kilometr ümumi sərhədimiz var və bu məsələ İran üçün çox vacibdir, çünki bizim Ermənistan vasitəsilə Avropaya çıxışımız var".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR