İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla bağlı xarici şəxs və təşkilatların fikirləri: “İranlı qadınların yanındayıq”

Tviterin xarici seqmentində İranla bağlı maraqlı paylaşımlar edilib.

Musavat.com dünyanın tanınmış siyasi şəxs və təşkilatlarının paylaşımlarını təqdim edir:

Fransa XİN: “Qadın, həyat, azadlıq. Fransa İran xalqının yanındadır”;

“Citizenlab” iqtisadi araşdırmalar mərkəzinin İran rejiminin insanlar arasında rabitəyə necə tam nəzarət qurması, göndərilən hər bir mesajı sənədləşdirməsi, hər bir əlaqəni göndərən şəxsə qədər izləməsi və bütün provayderləri buna əməl etməyə məcbur etməsi barədə yayımladığı bu mühüm hesabatı oxuyun”;

“Human Rights Watch” təşkilatı: “Bazar ertəsi Eyfel qülləsi üzərində “Qadın, Həyat, Azadlıq” və “İranda edamları dayandırın” şüarları əks etdirilib və bununla da İranda öz hüquqları uğrunda mübarizə aparan qadınlarla həmrəylik nümayiş etdirilib. Biz iranlı qadınların yanındayıq”;

“Center for International Policy” beyin mərkəzinin tədqiqatçısı Sina Toosi:

“İran xalqlarının demokratiya və insan hüquqları uğrunda mübarizəsi nə şarlatanlar üçün, nə də qadınlara qarşı stereotiplərini və imperialist niyyətlərini ört-basdır etməyə çalışanlar üçün vasitə deyil. Diqqətlə izləyən hər kəs üçün onların əsl niyyəti çoxdan bəllidir. Gəlin açıq danışaq: İranda demokratiya və insan hüquqlarına dəfələrlə etinasızlıq göstərənlər İran xalqının bu dəyərlər uğrunda mübarizəsinə dəstək verə bilməz. Bundan başqa, İsraildəki ifrat sağçı hökumət və Məhəmməd ibn Salman Əl Səudun rəhbərlik etdiyi Səudiyyə Ərəbistanının İranın təcrid olunmasını davam etdirməkdə maraqlarının İran xalqının demokratiyaya və onların hüquqlarının təmin olunmasına kömək etməklə heç bir əlaqəsi yoxdur. Bu sadəcə olaraq onların dar və sabitliyi pozan geosiyasi maraqlarının arxasınca getməkdir”;

“Nüvə İranına Qarşı Birlik” qeyri-hökumət təşkilatı: “İran rejimi hökumət əleyhinə hərəkatı zəiflətməyə çalışır. Bu fayda verməyəcək. Bildirilir ki, polis geyim qaydalarını pozan qadınları həbs etməmək, əvəzində onlara “başqa cəzalar” tətbiq etmək barədə təlimat alıb”;

“Nüvə İranına Qarşı Birlik” qeyri-hökumət təşkilatının əməkdaşı Ceyson Brodski: “Rəisinin idarəetməsi altında keçən hər gün onun İranın ali dini liderinin yerinə keçəcəyinə dair şübhələrimi daha da artırır. O, hər gün müxtəlif cinahlardan - islahatçılar və mühafizəkarlar tərəfindən tənqid olunur. 1989-cu ildə Xamneyinin bu qədər problemi yox idi”;

ABŞ-də fəaliyyət göstərən iranlı jurnalist Omid Memarian: “Ədalətsiz və qəddar! İranda inqilab məhkəməsi tanınmış fəal və sənədli filmlər müəllifi Müjgan İlanlunu 10 il həbs və 74 şallaq zərbəsi cəzasına məhkum edib. O, 90 (40 gün təkadamlıq kamerada) gündür ki həbsdədir. Barbarlıqdır”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR