Onlayn ictimai-siyasi qəzet
İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiq aprelin 10-da Bakıya səfər edəcək.
Musavat.com bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Məlumata görə, səfər çərçivəsində onun sözügedən komissiyanın Azərbaycan tərəfdən həmsədri, baş nazirin müavini Şahin Mustafayev və digər rəsmilərlə görüşü nəzərdə tutulub.
Qeyd olunub ki, görüşlərdə iqtisadiyyat, nəqliyyat və infrastruktur sahələrində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi müzakirə ediləcək.
30 Mart 2025
29 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ