İnsanlara hürriyət, millətlərə istiqlal!

“İranın yeni prezidenti Türkiyə ilə əməkdaşlıq edəcək” - erməni politoloq

İranın yeni prezidenti Məsud Pezeşkian ölkənin Türkiyə ilə qarşılıqlı əlaqələrini daha intensiv inkişaf etdirəcək, onun Rusiya ilə münasibətlərindəki kursunu proqnozlaşdırmaq çətindir.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə iyulun 6-da politoloq Karine Gevorqyan danışıb.

“İndiki dəyişən şəraitdə nələrin baş verəcəyini və cənab Pezeşkianın nə dərəcədə islahatçı olduğunu söyləmək hələ də çətindir”, - o deyib.

Eyni zamanda, politoloq xatırladıb ki, bundan əvvəl İranın ali lideri Əli Xamneyi Tehranın Moskva ilə münasibətlərdə siyasətinin dəyişməz qalacağına söz verib. “Bundan əlavə, digər iranlı siyasətçilər də oxşar mövqe nümayiş etdiriblər”, - Gevorqyan qeyd edib.

Prezident seçkisinin dünən keçirilən ikinci turunda İranın keçmiş səhiyyə naziri Pezeşkiyanın qələbə qazandığı məlum olub. O, islahatçı qanaddan namizəd kimi irəli sürülüb. Nəticələr açıqlandıqdan sonra siyasətçi bütün rəqiblərini qardaş adlandırıb və “hamısına dostluq əlini uzadacağına” söz verib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR