İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın sabiq baş naziri hərbçilərə müraciət etdi: "Vəzifəniz zalımın tərəfində durmaq deyil"

İranın keçmiş baş naziri (1981-89-cu illərdə), 2009-cu ildə prezidentliyə namizəd olan və qalib gəldiyini elan edərək etiraz aksiyaları keçirdikdən sonra ev dustağı edilən Mirhüseyn Musəvi ölkəsində baş verən iğtişaşlarla əlaqədar bəyanat yayıb.

Musavat.com Musəvinin şəxsi Teleqram kanalına istinadla xəbər verir ki, sabiq baş nazir İranın əxlaq polislərinin zorakılığı nəticəsində vəfat etmiş Məhsa Əminini "İranın, Kürdüstanın, bəşəriyyətin qızı" adlandırıb, onun ölümünün ürəkağrıdıcı olduğunu qeyd edib.

Musəvi bildirib ki, məzlumun qanı zalımların zorakılığından daha güclü və qalibdir.

Sabiq baş nazir hökumət qüvvələrinə müraciətlə yazıb ki, onlar bu həssas və acınacaqlı vəziyyətdə torpaqlarıı, İranı, insanların canını, malını və hüquqlarını qorumalıdırlar: "Bu gün millətimizin qadın və kişiləri tələblərlə ayağa qalxdığı bir vaxtda heç kimin öz millətinin üzvlərinin qarşısında dayanıb millətlə bağladığı əhd-peymanı unutmağa haqqı yoxdur".

Musəvi silahlı qüvvələrə müraciətlə bildirib ki, onlara tapşırılan vəzifə xalqı müdafiə etməkdir, xalqa təzyiq göstərmək deyil; məzlumları qorumaqdır, güclü və qüdrətlilərə xidmət etmək deyil; laqeyd məmurların hakimiyyətinin möhkəmlətmək deyil, milyonların və xüsusən də məzlumların sülh içində yaşamaları üçündür.

Sabiq baş nazir hərbçilərin haqqın, millətin tərəfində durmağı bacaracağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Mirhüseyn Musəvi əslən Təbrizin məşhur Xamnə kəndindədir, İranın ali dini lideri Əli Xamneyinin xalasıoğludur.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR