İnsanlara hürriyət, millətlərə istiqlal!

Krım BOMBARDMAN edildi, rus ordusu AĞIR itki verdi – Sülhəddin Əkbərlə CANLI

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Mərkəzi Kəşfiyyat İdarəsinin A pilotsuz təyyarələri Rusiyanın Qara dənizdəki əməliyyatlar üçün əsas aviabazası olan işğal olunmuş Krımdakı Saki hərbi aerodromuna zərbələr endirib.

Qurumun mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, aerodroma endirilən zərbə nəticəsində Rusiyanın bir ədəd Su-30SM təyyarəsi və üç ədəd Su-24 qırıcısı məhv edilib.

“Düşmən xeyli itki verib. Təkcə bir Su-30SM təyyarəsi orta hesabla 35-50 milyon dollara başa gəlir”, - qurum vurğulayıb.

SBU onu da bildirib ki, xüsusi əməliyyat nəticəsində aerodromda aviasiya silahları anbarı da vurulub.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi milli siyasət üzrə ekspert Sülhəddin Əkbərlə müzakirə edir.

https://www.facebook.com/tvmusavat


https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

04 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR