İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan Oman danışıqları ilə bağlı daha bir AÇIQLAMA - XİN TƏKZİB ETDİ

İran Xarici İşlər Nazirliyi bazar günü ABŞ-la mümkün birbaşa danışıqlar barədə yayılan məlumatları təkzib edib.

Musavat.com xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi Əsəmail Bəqayi İran televiziyasına açıqlamasında bildirib.

“Bu şayiələr əsassızdır. Onların heç bir tutarlı əsası yoxdur”, – deyə o bildirib.

Bu həftənin əvvəlində "The New York Times" nəşri ABŞ və İran arasında birbaşa danışıqların davam etdirilə biləcəyi ehtimalı barədə məlumat yayıb.

Bəqayi eyni zamanda təsdiqləyib ki, yeni mərhələdə dolayısı danışıqlar gələn şənbə baş tutacaq və bu danışıqlarda vasitəçi yenidən Oman olacaq. Lakin görüşün keçiriləcəyi yer dəyişə bilər.

Qeyd edək ki, İran və ABŞ arasında ilk danışıqlar mərhələsi ötən gün keçirilib. Bu görüş Omanın paytaxtı Məsqətdə, Omanın xarici işlər naziri Bədr əl-Busaidinin vasitəçiliyi ilə baş tutub.

ABŞ prezidenti Donald Tramp isə xüsusi nümayəndəsi Stiven Uitkoff ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında Oman görüşlərini şərh edərkən bildirib ki, onun fikrincə, “İranla danışıqlar yaxşı gedir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR