Onlayn ictimai-siyasi qəzet
Şah-Çerağ məscidində törədilən terror aktı işi üzrə əsas müttəhim həbs edilib.
Sfera.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
“Bu bir neçə gün ərzində İnformasiya Nazirliyinin (Kəşfiyyat Nazirliyinin), İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat xidmətinin, hüquq-mühafizə qüvvələrinin komandanlığının və ölkənin məhkəmə sisteminin sıx əməkdaşlığı ilə cinayət barədə bəzi faktlar aşkarlanıb. O cümlədən İranda yaşayan, terror aktının həyata keçirilməsində köməklik göstərən, Suriya və Əfqanıstanda İŞİD əməliyyatlarının rəhbəri ilə birbaşa əlaqəli olan əsas şəxs də müəyyən edilərək saxlanılıb".
Qeyd edək ki, avqustun 13-də İran mediası iki terrorçunun Şah-Çerağ məscidinə hücum etdiyini, nəticədə ölən və yaralananların olduğunu bildirib. Yerli mətbuatın məlumatına görə, İŞİD hücuma görə məsuliyyəti üzərinə götürüb. Bu, artıq Şah-Çerağ məscidində ikinci terror aktıdır. Əvvəlki akt 2022-ci il oktyabrın sonunda törədilib.
Bu həftənin əvvəlində Fars əyalətinin ədliyyə rəisi Seyid Kazım Musəvi Şah-Çerağ məscidinə hücumla bağlı həbs edilən şübhəlilərin sayının 20-yə çatdığını bildirib.
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ