İnsanlara hürriyət, millətlərə istiqlal!

Fələstin tərəfdarlarından Ukraynaya ŞOK

Belçikada Fələstin tərəfdarı olan fəallar Ukrayna üçün nəzərdə tutulmuş hərbi texnikaya zərər veriblər.

Musavat.com xəbər verir ki, bu barədə “7sur7” nəşri məlumat yayıb.

Məlumata görə, onlar səhər tezdən Turene şəhərində yerləşən “OIP Land Systems” şirkətinin anbarlarına daxil olaraq təxminən 1 milyon avro dəyərində ziyan vurublar.

Şirkətin baş direktoru Freddi Versleysin sözlərinə görə, bu hücum nəticəsində Ukraynaya nəzərdə tutulan növbəti tədarüklər azı bir ay gecikəcək.

“Biz artıq İsrailə heç nə satmırıq. Onlar Ukrayna üçün nəzərdə tutulmuş avtomobilləri məhv etdilər”, - deyə Versleys bildirib.

Təxminən 150 fəal üzləri örtülü şəkildə, ağ kombinezonda şirkətin anbarlarına daxil olub. Onların bu aksiyası “İsrailə silah satışı dayandırılsın” kampaniyası çərçivəsində həyata keçirilib. Aksiya iştirakçıları Belçikanı İsrailə qarşı hərbi embarqo tətbiq etməyə və sanksiyalar qəbul etməyə çağırıblar.

Freddi Versleys bildirib ki, fəallar anbara drel və çəkiclərlə daxil olublar:

“Onlar ofislərimizi dağıdıb, kompüterləri məhv etdilər, sonra isə emalatxanaya keçib bir neçə hərbi avtomobili ciddi şəkildə zədələdilər. Onlar boya və çəkic ataraq xaos yaratdılar”.

Qeyd edək ki, “OIP Land Systems” hərbi texnikanın servisi, təmiri və modernizasiyası üzrə ixtisaslaşıb. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra şirkət təxminən 260 zirehli texnikanı Ukrayna ordusuna göndərib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR