İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda təbii qaz böhranı- Stansiyalar fəaliyyəti dayandırdılar

 

İranda qaz çatışmazlığı səbəbindən yüzlərlə sənaye müəssisəsi, dövlət idarələri və universitetlərin fəaliyyəti dayandırılıb.

Musavat.com bu barədə xarici mətbuata istinadən məlumat verir.

Həmədan əyalətinin Təhsil İdarələrinin yaydığı bildirişdə yanvarın 18-də bütün təhsil ocaqlarının fəaliyyətinin dayandırıldığı bildirilib.

Sosial şəbəkələrdə yayılan məlumata əsasən, Məşhəd şəhərində bütün qazdoldurma stansiyaları bağlıdır. Bununla bağlı video çəkən narazı vətəndaş deyir ki, ölkə rəsmilərinin səriştəsizliyi ucbatından və ölkədə hökm sürən qaz böhranı nəticəsində hazırda bütün qazdoldurma stansiyaları fəaliyyətini dayandırıb. Xorasan vilayəti Taibad şəhərində qazın kəsilməsi səbəbindən 3000 ev quşu tələf olub.

Ərdəbildə qaz kəsilməsi səbəbindən ev quşları tələf olub.

Təbrizdə yanacaqdoldurma məntəqəsinin qarşısında uzun avtomobil növbəsi yaranıb.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR