İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda sosial-iqtisadi problemlər sürətlə artır- 1 dollar 42 min 230 tüməndir

 

 

İranda qaz böhranının davam etdiyi bir vaxtda ölkənin ən azı 10 əyalətinin şəhərlərində hökumət rəsmiləri çərşənbə günü və cümə axşamı məktəblər, universitetlər, idarələrin və bankların bağlı olacağını bildiriblər.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki,

ölkənin bir çox şəhərlərində qazın verilişində yaranmış məhdudiyyətlər əhaliyə verilən qazın kəsilməsinə və çörəkbişirmə sexlərinin iş vaxtının qısalmasına səbəb olub.

Türbət-Cəmdə qazın kəsilməsi ilə yanaşı işıq və su da kəsilib.

Xorasan Rəzəvi Sənaye Menecerləri Assosiasiyasının icraçı katibi Muradi deyib ki, insanların alıcılıq qabiliyyətinin azalması fabriklərə çatıb:

“Zavodların məhsulları satılmır və ixtisar olunur. Eyni prosedur davam edərsə, fabrikləri və sənayeləri gözləyən kütləvi ixtisarların baş verməsi ehtimalı var.

Dolların qiyməti yenidən artım mərhələsinə keçib və hazırda 1 dollar 42 min 230 tümən qiymətindədir”.

Tehran meri Əlirza Zəkani: “Tehranın ictimai nəqliyyatında mikroavtobuslar təqribən 100 faiz, taksilər isə 60 faizdən çox köhnəlib və bizdə də avtobuslarda köhnəlmə nisbəti yüksəkdir. Su ilinin əvvəlindən ölkənin bəndlərinə daxil olan suyun miqdarı 6 milyard 6 milyon kubmetr qeydə alınıb ki, bu da ötən illə müqayisədə -9 % -dir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR